D.Kvyat keçmişi unudub

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat bildirib ki, keçənilki pis mövsümdən sonra bu il özünə daha çox güvənir.

F-1.az xatırladır ki, Daniil Kvyat keçən il Rusiya yarışından sonra Red Bull komandasından qovulmuş və yenidən Toro Rosso komandasına qayıtmalı olmuşdu. Amma rusiyalı sürücü Toro Rosso-da ürəkaçan nəticələr qazana bilməmişdi.

Daniil Kvyat: “Keçən il yaşananları unutdum. Bəli, mənim üçün yaxşı mövsüm olmadı. İndi isə yeni mövsümə başlayırıq və hamını tanıdığım komandadayam.

Təbii ki, mən də güclü bolidlə yarışmaq istəyərəm. Amma hazırda bu barədə düşünmürəm. Toro Rosso komandasının sürücüsüyəm və burada xoşbəxtəm. Bütün qüvvəmi yarışlara qoyub, gözəl mövsüm keçirmək istəyirəm. Hazırda komandadan ayrılmaq fikrim yoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*