CVC Capital G.Qribkovskinin həbsini şərh edib

CVC Capital Partners sərmayə fondunun mətbuat xidməti Gerhard Qribkovskinin dünənki həbsi barədə rəsmi bəyanat buraxıb – Formula1-in kommersiya hüquqlarının sahibi […]

CVC Capital Partners sərmayə fondunun mətbuat xidməti Gerhard Qribkovskinin dünənki həbsi barədə rəsmi bəyanat buraxıb – Formula1-in kommersiya hüquqlarının sahibi olan Formula One Group şirkəti də bu fonda daxildir…

Bəyanatda deyilir:CVC təsdiq edə bilər ki, biz bu iş ətrafında gedən nə araşdırmalardan, nə də vəziyyətdən xəbərdar deyilik və bizim bu məsələ barəsində nə müvafiq orqanlarla, nə də cənab Qribkovski ilə əlaqələrimiz olmayıb. Bundan başqa CVC təsdiq edir ki, bizim Qribkovskiyə qarşı qaldırılmış ittihamlar üzrə, ona ödənilmiş məbləğlər haqqında, onun Formula1-in yayımı hüququnu əldə etməsi barədə heç bir məlumatımız yoxdur.”

Xatırladaq ki, BayernLB bankının keçmiş meneceri Gerhard Qribkovski Münhen prokurorluğu tərəfindən dünən həbs olunub və 50 milyon dolların mənimsənilməsində ittiham olunub. Vaxtılə Gerhard Almaniyanın televiziya imperiyasının maqnatı Leo Kirxin müflisləşməsi zamanı TV-nin əldə etdiyi Formula1 yarışlarının yayım hüququnu başqa şirkətə satıbmış, əldə etdiyi vəsaiti isə şəxsi fonda köçürübmüş…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*