Kanada Qran Prisi: Ötmə zonası

FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Jil Vilnöv adına trasda istifadə zonasını təyin edib. Keçənilki yarıışdan fərqli olaraq, […]

FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Jil Vilnöv adına trasda istifadə zonasını təyin edib. Keçənilki yarıışdan fərqli olaraq, bu dəfə trasda yalnız bir ötmə zonası olacaq.

İki maşın arasında intervalın ölçülmə nöqtəsi 10-cu döngədən 15 metr sonra yerləşir. Əgər bu nöqtədə maşınlar arsındakı interval bir saniyədən az olarsa, onda 12-ci döngəyə 60 metr qalmış arxadakı sürücü DRS sistemini aktivləşdirərək öndəki maşına hücum edə biləcək. Qeyd edək ki, bu il ötmə zonasının uzunluğu keçən illə müqayisədə 50 metr azaldırlaraq 600 metrəyə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*