M.Mosli: “Bəhreyn qərarı Formula1-ə baha başa gələcək”

FİA-nın eks prezidenti Maks Mosli Bəhreym Qran Prisi üzrə mövqeyini hələ aprel ayında bildirmişdi və indi, FİA-nın Avtoİdman üzrə Ümumdünya […]

FİA-nın eks prezidenti Maks Mosli Bəhreym Qran Prisi üzrə mövqeyini hələ aprel ayında bildirmişdi və indi, FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının məlum qərarından sonra Londonda dərc olunan The Daily Telegraph qəzetinin səhifələrində bu mövzuya qayıdıb: Maks əmindir ki, federasiya təxirə salınmış yarışı 2011-ci ilin təqviminə qaytarmaqla ciddi səhvə yol verir…

Maks Mosli: “Beynəlxalq idman federasiyaları siyasətə fikir verməməlidirlər. Söhbət yalnız Qərb demokratiyasının müzakirə etdiyi rejimlərin siyasətindən getmir.

İdman təşkilatları yarışların keçdiyi ölkələrdə insan haqlarının pozulmasına da barmaqarası baxmalıdırlar, hətta federasiyanın üzvü olan ölkələrdə də.

Bunun bir neçə səbəbi var. Birincisi, insan haqlarında yüksək standartları əldə rəhbər tutsaq, onda beynəlxalq idmandan ölkələrin çoxunu uzaqlaşdırmalı olacayıq, yeri gəlmişkən, belə ölkələrdən biri Britaniyanın yaxın müttəfiqidir.

İkincisi, nisbətən yumşaq prinsipləri əldə rəhbər tutsaq, onda yumşaq və sərt arasında sərhədin müəyyən edilməsi üzrə debatlar başınızı ağrıdacaq. Üçüncüsü, idman təşkilatları müxtəlif ölkələrin hökumətləinə nəyi etmək olar, nəyi etmək olmaz deyə bilməzlər. Siyasəti siyasətçilərə buraxmaq lazımdır.

Federasiya idmana rəhbərlik etmək üçün seçilir. Siyasətlə məşğul olmaq istəyən isə idmanla məşğul olmamalıdır, seçkilərdə iştirak etməlidir.

Əgər idman siyasətə qarışmaq istəyirsə, yalnız qrupları, fraksiyaları və hətta ölkələri birləşdirmək, müəyyən qarşıdurmaları aradam götürmək üçün bunu etməlidir.

Avtoidmanda buna misal çoxdur: ralli üzrə dünya çempionatının mərhələləri iki İrlandiyanın ərazisində keçir, Livan rallisini zamanı vətəndaş müharibəsində atəşkəs elan olunur, eyni hal bir neçə il əvvəl Balkanlarda olmuşdu, Yaxın Şərq çempionatında isə hətta İsrail də çıxış edir.

Bütün bunun fonunda bizə deyəcəklər ki, Bəhreyn yarışının qayıtmasından hamı udacaq: bu yarış yerli şiə və sünni icmalarının birləşməsinə səbəb olacaq. Bizə deyəcəklər ki, oktyabrda keçəcək yarış Bəhreynin yenidən xoşbəxt ölkə olmasını gəstərəcək. Bəs onda problem nədədir?

Bu vəziyyət digərlərindən nə ilə fərqlənir? İdealdan uzaq olan ölkədə yarışın sadəcə azarkeşlərin əyləncəsi deyil, həm də rejimin öz hərəkətlərini ört-basdır etməsi vasitəsi olmasına yol vermək olmaz.

Əgər idman öz üzərinə bu funksiyanı götürürsə, onda hakimin əlində alətə çevrilir. Əgər Formula1 Bəhreyndə belə bir alətə çevrilsə, onda rejimin günahını da bölüşəcək: dinc mitinqlərin yatırılmasına şərik olacaq.

Axı Bəhreyndə bütün problemlər dinc mitinqlərdən başlayıb, mitinqə çıxanlar şah rejimini devirmək fikrində deyildilər, sadəcə demokratiyaya, şiələrin hüquqlarının qorunmasna çağırırdılar. Bu adi tələblərə qarşı hakim rejim sərt represiyalarla cavab verdi. Mitinqə çıxanlara atəş açıldı, ölənlər, həbs olunanlar var, bütün bu hadisələri KİV işıqlandırıb…

Belə dəhşətli faktlardan sonra Bəhreyn hökuməti öz imicini düzəltmək istəyir. Məhz buna görə də Qran Prinin keçirilməsi vacibdir. Yarışın keçirilməsi bütün dünyaya göstərəcək ki, problemlər lokal və müvəqqəti xarajter daşırdılar, indi isə vəziyyət normallaşıb.

Bu yarışı keçirməyə razı olmaqla, Formula1 baş verənlərin iştirakçısına çevrilir. Bəhreyn hökumətinin əlində daha bir represiya aləti olacaq. Yarışı keçirmək qərarı səhvdir, bu səhvi heç kim unutmayacaq, bu səhv Formula1-ə baha başa gələcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*