C.Uillis Red Bull-u tərk edib

Ceff Uillis Formula1-i tərk edir, Red Bull Racing komandasının mətbuat xidməti texniki direktorun vəzivədən getdiyini təsdiq edib. Uillis 80-ci illərin […]

Ceff Uillis Formula1-i tərk edir, Red Bull Racing komandasının mətbuat xidməti texniki direktorun vəzivədən getdiyini təsdiq edib. Uillis 80-ci illərin sonunda Williams komandasının aerodinamika şöbəsinə başçılıq edib, sonra Leyton House-da məsləhətçi işləyib və burda Ədrian Nyui ilə tanış olub, Nyui McLaren-ə getdikdən sonra onu əvəz edib. 2001-ci ildə Uillis BAR komandasının rəhbərliyinə seçilib və beş il komandanın texniki direktoru olub, daha sonra aerodinamika məsələləri ilə məşğul olub, amma yaranmış anlaşılmazlığa görə komandanı tərk etməli olub.

2007-ci ilin ortasında onun Red Bull Racing komandasına texniki direktor vəzifəsinə təyin olunması bildirilib, amma Red Bull Technology şirkətinin texniki başçısı Ədrian Nyui təyin olunub. Effektiv əməkdaşlıq alınmayıb, üç həftə əvvəl Silverstounda yeni aerodinamik elementlərin debütnü izləyən Uillis dünən istefaya göndərilib. Mətbuat xidmətinin məlumatına görə, Uillisin işinə komandada ehtiyac yox idi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*