Binottonun elçiləri var

İtaliya mətbuatının verdiyi xəbərə görə Mattia Binotto ilə 4 komanda maraqlanır.

 

F-1.az xatırladır ki, Ferrari komandası dünən rəsmi olaraq Binotto ilə yollarını ayırıb.

“Qırmızılar” indi həm komanda rəhbəri, həm də texniki direktor axtarırlar. Komanda rəhbərliyinə ən real namizəd Frederik Vassyördür.

Digər tərəfdən Binotto da alternativləri dəyərləndirir. Şayiələrə görə onunla Alpine, Aston Martin kimi komandalar maraqlanır.

Qeyd edək ki, Binotto hara gedirsə-getsin, bir müddət işə başlaya bilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*