10 Dekabr 2018, Bazar ertəsi - 23:47

Con But Toro Rosso-da!

Con But Toro Rosso-da!

Müəllif: Rauf Hacıyev, redaktor

19:35 - 26 Aprel, 2016

Manor komandasının sabiq rəhbəri Con But Toro Rosso komandası ilə yenidən Formula1-ə qayıdır…

F-1.az xatırladır ki, Con But 2015-ci ilin sonunda Manor komandasından ayrılmışdı. Toro Rosso komandası bu gün açıqlama verib ki, Con Butu komandaya trasfer edib. Con But Toro Rosso-da idman direktoru vəzifəsini icra edəcək.

Xatırladaq ki, But Manor Racing komandasının qurucularından biri idi və 2010-cu ildə Virgin komandası ilə birləşməmişdən əvvəl aşağı kateqoriyalarda 20 illik təcrübəsi var idi.

Manor komandası 2015-ci ilin sonunda satıldıqdan sonra britaniyalı mütəxəssis Formula1-ə bir il ara verməli oldu və Qrem Loudon ilə birlikdə Manor komandasının Dünya Dözümlülük Çempionatında çıxışını təmin etdi.

Con But: “Toro Rosso kimi güclü və rəqabətədavamlı bir komandanın üzvü olduğum üçün xoşbəxtəm. İtalyanlar qısa müddət ərzində böyük uğurlar qazandılar.

Toro Rosso komandasının rəhbəri Frants Tost ilə bir yerdə işləməyi və Soçidə komanda körpüsündə olmağı səbirsizliklə gözləyirəm”.

Toro Rosso komandasının rəhbəri Frants Tost da Con Butun təyinatından razı olduğunu bildirib: “Con Butu neçə ildir ki, tanıyıram və onu komandama transfer etdiyim üçün xoşbəxtəm.

Formula1 get-gedə çətinləşir. Təkərlər dəyişir, bolidlərin sazlanmaları dəyişir, qaydalar dəyişir və bunun kimi çox şey baş verir.

Rəqabətədavamlı bolidimiz və istedadlı sürücülərimiz var, ancaq bu iki kombinasiya bizə bəs etmir. Con But bizə təcrübəsi ilə kömək edəcək və komandanı daha irəliyə aparacaq”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 506
Teqlər , , , ,
Paylaş

logo