Rəsmən: Tsunoda daha bir il AlphaTauri-də çıxış edəcək

AlphaTauri komandası gənc sürücüsü Yuki Tsunoda ilə daha birillik müqavilə bağlayıb.

F-1.az xatırladır ki, yaponiyalı pilotun komandası ilə müqaviləsi ilin sonunda başa çatırdı. Lakin son dövrlərdə performansını artıran dəlisov gənc komanda rəhbərlərini gözünə girib və tərəflər daha birillik müqavilə bağlayıblar.

Yuki Tsunoda: “mənə fürsət verdikləri üçün Red Bull-a, Honda-ya, və AlphaTauri-yə təşəkkür edirəm. Keçən il İtaliyaya köçəndən sonra özümü komandanın bir parçası kimi hiss edirəm. 2023-cü ildə də onlar üçün yarıaşcağım üçün sevincliyəm.

2022-ci il bitməyib və orta qrupda mübarizə aparırıq. Buna görə də hazırda bu mövsümə köklənmişəm”.

Frants Tost: “Yuki çox istedadlı sürücüdür və bu il özünü təkmilləşdirdi. Son dövrlərdəki tempi ilə Formula1-də çox şey öyrəndiyini göstərir. 2022-ci ilin son 6 yarışında ondan çox şey gözləyirəm.

Həmişə demişəm. Bir sürücünün Formula1-i anlaması üçün ən az üç ilə ehtiyacı var. Buna görə də potensialını göstərməsi üçün ona vaxt verdik və sevincliyəm”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*