23 Avqust 2019, Cümə - 00:28

Çin Qran Prisi təqvimdə qalacaq?

Çin Qran Prisi təqvimdə qalacaq?

Müəllif: Elçin Zodorov, redaktor

14:07 - 05 İyul, 2017

Çin Qran Prisinin gələcəkdə Formula1-in təqvimində qalması Liberty Media və marketinq agentliyi olan Lagardere Sports arasında bağlanan müqavilədən sonra xeyli artıb – Formula1-in yeni rəhbərliyi dünyanın ən çox insan yaşayan ölkəsinin bütün potensiallarından istifadə etmək istəyir.

F-1.az bildirir ki, Çin Qran Prisi 2018-ci ilin ilkin təqvimində yer alıb, lakin yarışın təşkilatçıları ilə bu barədə hələ də müqavilə imzalanmayıb. Lakin Çin bazarının perspektivləri Formula1-in rəhbərləri və çempionatın sponsorları üçün olduqca vacibdir.

Şon Bratçes: “Bizim Sinqapur, Suzuka, Sepanq və Şanxay traslarının rəhbərləri ilə əvvəlcədən sıx əlaqələrimiz var. Bu regionda 2004-cü ildən bəri 8 milyon idmansevər yarışları tribunadan izləyib. Biz əyləncəli tədbirlərlə bu statistikanı yaxşılaşdırmaq, daha çox insanın marağını çəkmək istəyirik. Biz Çin bazarında təcrübəsi olan Lagardere Sports ilə əməkdaşlıq etməkdən məmnunuq və bunun müsbət nəticəsinin olacağına inanırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 324
Teqlər , , , ,
Paylaş

logo