Çin-2017: Həftəsonuna hava proqnozu

Həftəsonu Şanxayda hava dəyişkən olacaq. Yağışın yağma ehtimalı yüksəkdir.

F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, cümə günü səhər yağış yağacağı gözlənilir. Temperatur gün ərzində +20 dərəcəyə qədər yüksələcək. Hava buludlu olacaq və mülayim şimal-qərb küləyi əsəcək. Şənbə günü hərarət +23 dərəcə olacaq, yağışın yağma ehtimalı 10%-dir. Bazar günü isə hava soyuyacaq – temperatur maksimum +15 dərəcə olacaq. Gündüz və gecə yağışın yağma ehtimalı 80% qiymətləndirilir.

Xatırladaq ki, keçən il burada şənbə günü keçirilən məşqlər və sıralanma turu yağışlı, qalan sessiyalar isə quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*