C.Əllison Lotus-da qalır?

Lotus komandasının nümayəndəsi almaniyalı jurnalistlərə bildirib ki, komandanın texniki direktoru Ceyms Əllison başqa komandaların təkliflərini qəbul etməyib və Lotus-da qalacaq, […]

Lotus komandasının nümayəndəsi almaniyalı jurnalistlərə bildirib ki, komandanın texniki direktoru Ceyms Əllison başqa komandaların təkliflərini qəbul etməyib və Lotus-da qalacaq, hərçənd, bu barədə rəsmi məlumat yoxdur.

Bir neçə gün əvvəl Almaniya mətbuatında Mercedes AMG və McLaren komandalarının Əllisonla maraqlanması barədə xəbərlər dərc olunmuşdu. Speedweek yazır ki, “Lauda hər gün zəng edir, amma Ceymsin “gülləkeçirməz” müqaviləsi var, həm də Ceyms özü heç hara getmək istəmir.” Əllisonun komandanı tərk etməsinə əsas səbəb komandanın Honeywell İnternational konserni ilə müqaviləsinin baş tutmaması göstərilirdi, müqavilə komandanın maliyyə vəziyyətini və texniki şöbənin imkanlarını xeyli yaxşılaşdıra bilərdi.

Motorsport Total yazır ki, yekunda Əllison Lotus-un texniki şöbəsində liderliyi digər komandada ikinci-üçüncü mütəxəssis statusundan üstün tutub. Digər məlumata görə, bu həftə ən çox müzakirə olunan texniki direktorların keçid zənciri qırılıb.

Çox güman ki, yeni maşınların təqdimat mərasimlərində bəzi təfərrüatlar məlum olacaq, hərçənd, son illər komandalar hətta mövsümə başladıqdan sonra da texniki rəhbərlərini işdən azad etməkdən çəkinmirlər…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*