C.Styuart: “Kimini dəyişmək mümkün deyil”

Üçqat dünya çempionu Ceki Styuart hesab edir ki, Lotus komandası Kimi Rəykkönenə azadlıq verməkdə düzgün edir. Hazırda Lotus komandasının sahibi […]

Üçqat dünya çempionu Ceki Styuart hesab edir ki, Lotus komandası Kimi Rəykkönenə azadlıq verməkdə düzgün edir.

Hazırda Lotus komandasının sahibi olan Genii fondunun məsləhətçisi çalışan əfsanəvi şotlandiyalı sürücü hesab edir ki, komanda Kiminin trasdankənar həyat tərzinə görə narahat olmamalıdır, axı yarışlarda finlandiyalı sürücü stabil yüksək nəticələr göstərir.

Styuart Britaniyanın Autosport jurnalının beynəlxalq şousunda jurnalistlərə bildirib: “Siz Kimi Rəykköneni dəyişə bilməzsiniz. Uik-endin gedişində mən onunla az ünsiyyətdə oluram: əgər o mənimlə danışmaq istəsə, özü yaxınlaşacaq və danışacaq. Əgər mən ona öz məsləhətlərimlə girişsəm, Kimi deyəcək: “Siz nə danışrısınız? Məni niyə narahat edirsiniz?” Güman edirəm ki, onun reaksiyası belə olacaq.

Kimi xüsusi bir insandır, həm keçmiş, həm də indiki bütün Formula1 sürücülərindən ən qeyri-adisi, amma çempionata qayıtdıqdan sonra Mixael Şumaherdən çox uğur qazandı. Kimi keçən il hər bir yarışı inamla keçirdi və yaxşı nəticələr göstərdi. ”

Ser Styuart hesab edir ki, Kiminin müxtəlif öhdəlikləri, məsələn, sponsorlarla, mətbuatla işləməyi sevməməsi, elə də böyük problem deyil.

Ceki Styuart: “Nə qədər təcrübəli və bacarıqlı olsa belə, Kiminin ağlı belə işləyir: onu PR-öhdəliklərin yerinə yetirilməsi və mətbuatla ünsiyyət maraqlandırmır. Əgər kimsə ona axmaq sual versə, dərhal kəskin cavab alacaq. Deyə bilmərəm ki, biz onunla dostluq edirik, onun yarışlara özü ilə gətirdiyi dostları da qeyri adidirlər. Amma Rəykkönen belədir, olduğu kimidir və onun üçün bu daha yaxşıdır.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*