Cek Duhəndən ilk qələbə

Britaniya Qran Prisi çərçivəsində gənc sürücülərin Formula2 çempionatında Silverstounda qısa yarış baş tutub.

Yağışdan sonra trasda kifayət qədər su olduğu üçün start Təhlükəsizlik Maşınının arxasında verilib. İki dövrədən sonra isə mübarizə qızışıb – Daruvala ilk döngədə liderliyini qoruyub və peletondan uzaqlaşmağa başlayıb.

Arxada isə Cək Duhən irəliləməyə başlayıb – avstraliyalı sürücü 4-cü dövrədə Yuri Vipsi də arxada qoyaraq 3-cü yerə yüksəlib. 

Bir neçə dövrədən sonra Daruvala təkərlərinin yeyilməsindən gileylənib – onu əvvəlcə Fittipaldi, daha sonra Duhən və İvasa arxada qoyublar.

Bir neçə dövrədən sonra eyni problemlərlə Enzo üzləşib – ona görə də Duhən və İvasa braziliyalı sürücünün səhvindən yararlanaraq irəli çıxıblar.

Cək Duhəni isə F2-də birinci qələbəsi münasibətilə ilk təbrik edən atası MotoGP-nin 5 qat dünya çempionu Mik Duhən olub. 

Bazar günü mübarizə əsas yarışda davam edəcək..

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*