19 Avqust 2019, Bazar ertəsi - 10:34

C.Batton triatlonda şəxsi rekordunu təzələyib

C.Batton triatlonda şəxsi rekordunu təzələyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:13 - 19 İyun, 2013

Bu uik-end Censon Batton İronman 70.3 versiyası üzrə Berlin yarışında iştirak edib və şəxsi rekordunu təzələyib. Britaniyalı sürücü 21.1 km […]

Bu uik-end Censon Batton İronman 70.3 versiyası üzrə Berlin yarışında iştirak edib və şəxsi rekordunu təzələyib. Britaniyalı sürücü 21.1 km qaçmağa, 90 km velosiped sürməyə və 1.9 km üzməyə 4 saat 19 dəqiqə 52 saniyə vaxt israf edib.

Censon ümumi hesabda 35-ci yeri tutub və öz yaş qrupunda 3-cü olub. Müqayisə üçün deyək ki, yarışın qalibi eyni məsafəyə 3 saat 46 dəqiqə sərf edib…

Censon Batton: “Mənim üçün triatlon yarışlarında iştirak etmək Formula1-də çıxışım üçün zəruri olan yaxşı fiziki forma saxlamağa kömək edir. Bəzi yarışlarda biz çox maye itiririk, bizim idmanda triatlonda olduğu kimi dözümlülük vacibdir.”

İyulun 14-də Censon Bedfortşirdə özünün təşkil etdiyi xeyriyyə yarışının startına çıxacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 378
Teqlər , ,
Paylaş

logo