20 Noyabr 2019, Çərşənbə - 06:21

Carbon Formula1-in yeni şampan təminatçısıdır

Carbon Formula1-in yeni şampan təminatçısıdır

Müəllif: Rauf Hacıyev, redaktor

10:19 - 30 İyul, 2017

Məşhur şampan istehsalçısı Carbon Formula1-in yeni şampan təminatçısı olacaq və mövsümün qalan yarışlarında podiumda şüşəsi 3000 dollar olan içkilərdən istifadə ediləcək.

F-1.az xatırladır ki, Carbon şampanlarından ilk dəfə Monako Qran Prisində istifadə edilmişdi. İçkilər ilk 3 yer üçün qızıl, gümüş və bürünc olaraq adlandırılmışdı. Monakodakı podiumdan sonra Carbon şampanlarından istifadəyə davam edildi. Bu gün verilən rəsmi açıqlamaya əsasən, Formula1 və Champagne Carbon arasında uzunmüddətli müqavilə bağlanıb.

Şon Bratçes: “Karbondan düzəldilən şüşələrin xüsusiliyi idmanımızdakı texologiyanı təmsil edir. Buna görə də Champagne Carbon şirkətinin məhsulları Formula1 podiumundakı sevinclərə xüsusilik qatır”.

Champagne Carbon 5 il əvvəl qurulsa da, 1800-cü illərdən bəri şərab istehsal edən bir şirkətlə bağlıdırlar. Karbon liflərindən hazırlanmış mükəmməl şüşələr məhsulun 3000 dollarlıq qiymətinə aydınlıq gətirir. Bundan başqa, bəzi xəbərlərə əsasən, FOM televiziya qarşısında oturan izləyicilərə xüsusi görüntülər vermək üçün şüşələrə kameralar yerləşdirmək istəyir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 673
Teqlər ,
Paylaş

logo