C.Batton gələn il bolidin inkişafına kömək etməyəcək

Censon Batton gələn il McLaren-də bolidə oturub, bolidin inkişafına kömək etməyəcək - britaniyalı daha çox komanda daxilində işlər görəcək.

F-1.az xatırladır ki, Batton mövsümün sonunda öz yerini Vandorna verəcək və gələn iki il ərzində komandada qalsa da, maşın sürməyəcək.

Censon Batton: “Sürücülərlə çox vaxt keçirməyəcəm. Bolidi təkmilləşdirməyəcəm, çünki mən sürməyəcəm. Mən daha çox komandanın inkişafına kömək edəcəm. Fərqli komandalarla iş təcrübəm var. Komandaya baxanda hansı sahədə inkişafın lazım olduğunu deyə bilərəm. Bu idmandakı təcrübəmlə komandaya kömək edə bilərəm.

Bolidi sürərkən ancaq sürüşünüzə fokuslanırsınız. Başqa şeylərə yox. Formula1 həyatınızı ələ alır və bolidi təkmilləşdirmək çox vacibdir. Daha böyük pəncərədən baxa bilmirsiniz”.

Batton son 5 yarışına çıxacaq, amma buna baxmayaraq, motivasiyasının hələ yerində olduğunu deyib: “Hər yarışdan həzz alacam. Hər yarışda əlimdən gələnin ən yaxşısını edəcəm. Sıralanma turunda komanda yoldaşımı qabaqlayıb, mümkün qədər çox xal qazanmaq istəyəcəm. Bunlar heç vaxt dəyişməyəcək. İdmanda nə qədər çox qalsanız, bunlar dəyişməz. Yorulmarsınız. Həmişə bunları etmək istədiyinizi hiss etdirərsiniz. Amma mən artıq bu uğur qazanmaq təzyiqinin qarşısında dincəlməliyəm. Dincəlmək və özümə vaxt ayırmaq istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*