19 Dekabr 2018, Çərşənbə - 00:02

C.Batton: “Biz idmanı təkmilləşdirmək istəyirik”

C.Batton: “Biz idmanı təkmilləşdirmək istəyirik”

Müəllif: Rauf Hacıyev, redaktor

15:42 - 01 Aprel, 2016

McLaren Honda komandasının sürücüsü Censon Batton bildirib ki, keçən həftə sürücülərin yazdıqları bəyanat idmanın inkişafı üçün atılmış bir addım kimi başa düşülməlidir…

F-1.az xatırladır ki, Formula1 sürücülərinin həmkarlar ittifaqı (GPDA) keçən həftə bəyanat yaymışdı. Pilotlar bəyanatda Formula1-in idarəçiliyindəki köhnəlmiş bürokratik strukturu tənqid edərək bildirmişdilər ki, qərarvermə mexanizmində onlar da iştirak etməlidirlər.

Bu bəyanatdan sonra bəzi mütəxəssislər düşünürdülər ki, sürücülər burada öz maraqlarını güdürlər, amma GPDA-in həmsədri Censon Batton bunu təkzib edib və bildirib ki, bəyanatın əsas məqsədi idmanı inkişaf etdirməkdir.

Censon Batton: “Biz bu idmanın bir parçasıyıq. Ona görə də bu idman bizim üçün vacibdir və biz istəyirik ki, idmanı inkişaf etdirək.

Biz hamımız Formula1-i izləyərək böyüdük və bizim xəyalımız Formula1-də sürücü kimi iştirak etmək olub. Ona görə də bizim idmana münasibətimiz daha emosionaldır.

Biz bu bəyanatı yaydıq, çünki idmanın gələcək üçün verəcəyi qərarlarda söz sahibi olmaq istəyirik və biz bunu bacararıq.

Biz istəyirik ki, idman indiki kimi qarışıq olmasın və daha həyəcanlı olsun.

İdmanın tanınması üçün də çox işlər görülməlidir. Məsələn, müasir dövrdə uşaqlar Formula1 ilə maraqlanmırlar. Ona görə də biz bu vəziyyəti dəyişmək üçün yeni ideyalar düşünməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 392
Teqlər ,
Paylaş

logo