Britaniya-2020: Həftəsonuna hava proqnozu

Əvvəldən də xəbər verdiyimiz kimi, bu həftəsonu Silverstounda hava dəyişkən olacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava bir qədər buludlu olsa da, temperatur +32 dərəcəyə çatacaq, güclü cənub-şərq küləyi əsəcək. Yağıntı ehtimalı 10%-dir.

Şənbə günü temperatur +22 dərəcəyə qədər enəcək və hava buludlu olacaq. Yağıntı gözlənilmir.

Yarışın baş tutacağı bazar günü də hava +21 dərəcəyə qədər isinəcək və səma buludlu olacaq. Yağış gözlənilir, lakin bu Britaniya Qran Prisi başa çatdıqdan sonra – axşam olacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*