BMW KERS-dən istifadəyə imtina edib

Kinetik enerjinin toplanması sisteminin (KERS) tətbiqini Maks Mosli təklif etmişdi. Komandalar baha maya dəyərini və naməlum effektliyi əsas tutaraq KERS-in […]

Kinetik enerjinin toplanması sisteminin (KERS) tətbiqini Maks Mosli təklif etmişdi. Komandalar baha maya dəyərini və naməlum effektliyi əsas tutaraq KERS-in əleyhinə olmuşdular, amma səsvermədə BMW KERS-in lehinə səs verdiyindən bir çox komandalar mövsümün əvvəlinə KERS hazırlamalı olmuşdular. Artıq testlərdə məlum oldu ki, sistem şassinin çəki paylanmasını ciddi zərər vurur, mövsümün əvvəli isə favoritlər üçün o qədər problemlərlə zəngin oldu ki, KERS-in təkmilləşdirilməsinə daha az üstünlük verildi.

Son yarışlarda yalnız McLaren və Ferrari KERS-dən istifadə edirdi, amma Silverstounda gümüşü maşınlar da sistemdən imtina etməli oldular. BMW də sistemdən imtina etməyə hazırdır – BMW Motorsport-un başçısı Mario Tayssen jurnalistlərə müsahibəsində bildirib ki, komanda bütün diqqətini aerodinamikanın təkmilləşdirilməsinə yönəldib…

Mario Tayssen: “Biz müxtəlif variantları yoxladıq, həm KERS-lə, həm KERS-siz, amma son vaxtlar komanda aerodinamikada ciddi inkişafa nail olub. Bu qərar sistemin istifadəsi ilə uzlaşmır, bir neçə gün əvvəl biz qərara aldıq ki, sistemdən tam imtina edək.

Deyə bilmətəm ki, bu texnologiya tam uğursuz alındı, əksinə – onun hazırlanmasına qısa vaxtı nəzərə alsaq biz bu sahədə böyük addım atdıq, maşına yerləşdirdik və etibarlı işini təmin etdik. Malayziyada güclü yağış altında belə heç bir problemimiz olmadı, amma əgər siz belə texnoloji yeniliklərlə işləmək istəyirsinizsə, onda bütün diqqətinizi ona yönəltməlisiniz, hərçənd aerodinamika daha böyük üstünlük verir. Biz sistemin planlarını şirkətin mühəndislərinə ötürmüşük, özümüz isə maşının təkmilləşməsi ilə məşğul olacayıq.

Əgər KERS-dən istifadə məcburi olmayacaqsa, sistem maşınlardan yox olacaq – bu təbiidir. Bu məni təəssüfləndirir, Formula1-in bu sahədə pioner olmaq şansı var idi, bu isə hazırkı iqtisadi durumda çox vacibdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*