BGP001 – çempionatın ən baha maşınıdır?

Almaniyanın Auto Motor und Sport qəzetinə müsahibəsində Brawn GP komandasının ehtiyat sürücüsü Aleks Vürs mövsümün ilk yarısının ən uğurlu maşınının […]

Almaniyanın Auto Motor und Sport qəzetinə müsahibəsində Brawn GP komandasının ehtiyat sürücüsü Aleks Vürs mövsümün ilk yarısının ən uğurlu maşınının hazırlanmasından danışıb, onun sözlərinə görə, bu maşın Honda şirkətinə yarım milyard Avroya başa gəlib…

Aleks Vürs: “Keçən il Honda Racing komandası beş aerodinamik borudan istifadə edirdi və paralel olaraq üç maşınla işləyirdi, onların hər biri müəyyən aerodinamik elelemntə üstünlük verməklə hazırlanmışdı. Mühəndislər müqayisələr aparmaqla düzgün nəticələr çıxara bilirdilər, iki istiqamət səhv oldu və komanda bütün resursları sonuncu istiqamətə yönəltdi. BGP001 – Formula1 tarixində ən az istismar büdcəsi olmaqla çempionatın ən baha maşınıdır.

Red Bull-un Silverstounda üstünlüyü? Məncə, Brawn GP və Red Bull bir-birinə çox yaxındırlar, ona görə də vəziyyət trasdan trasa dəyişəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*