Bəzi traslarda Leklerin tribunaları quraşdırılacaq

Formula1-in iki trasında Ferrari-nin pilotu Şarl Leklerin azarkeşləri üçün ayrıca tribunalar olacaq.

F-1.az xatırladır ki, bəzi traslarda Makc Ferstappenin azarkeşləri üçün xüsusi tribunlar ayrılır – bu tribunalar narıncı rənginə görə digərlərindən dərhal seçilirlər. Bu ildən isə Leklerin azarkeşlərini bir araya toplayacaq tribunlar görəcəyik, hələlik Leklerə doğma sayılan Monako və Fransa Qran Prilərində.

Monte Karloda 12-ci və 13-cü döngələrin arasında yerləşən “K” tribunası, Pol Pikar avtodromunda isə start düzlüyündə olan əsas tribuna Leklerin azarkeşləri üçün ayrılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*