Belçika Qran Prisini yeni maliyyə çətinlikləri gözləyir

Məlum olduğu kimi dünyada maliyyə böhranı genişlənməkdədir, dünyanın məşhur banklarından və Renault F1 komandasının və bir neçə Formula1 mərhələsinin titul […]

Məlum olduğu kimi dünyada maliyyə böhranı genişlənməkdədir, dünyanın məşhur banklarından və Renault F1 komandasının və bir neçə Formula1 mərhələsinin titul sponsoru olan İNG bankı belə bir şəraitdə sponsor proqramını ixtisara salmaq fikrindədir. Düzdür, bankın nümayəndələri bildiriblər ki, İNG bütün müqavilə öhdəliklərinə əməl edəcək, amma bankın məsrəflərin sərt azaldılması siyasəti avtoidmana da iad olacaq – onun menecerləri, əməkdaşları və VİP-qonaqları yarışlarda əvvəlki kimi tez-tez görünməyəcəklər…

İNG bir daha Belçika Qran Prisinin titul sponsoru olmalıdır, amma bu klassik trasda mərhələnin təşkilatçıları son zamanlar ciddi ziyan çəkirlər. Son yarışdan sonra itkilərin məbləği 3.8 milyon Avro olub və onlar nigarandırlar ki, iqtisadi böhran şəraitində bu məbləğ bir neçə dəfə arta bilər.

Andre Mayes, təşkilatçıların nümayəndəsi: “Əgər sponsorlardan danışsaq bu yöndə biz heç nədən qorxmuruq, bizim İNG ilə müqaviləmiz yoxdur, biz All Sports Management şirkətilə razılaşma əldə etmişik, bu şirkət isə bütün Qran Prilərdə reklamla məşğul olur.

Amma mən qorxuram ki, İNG bizdən əvvəllər aldığı sayda bilet almasın, keçən il onlar bizdən əməkdaşalrı və müştəriləri üçün 3000 bilet almışdılar.”

Spada yarışın ziyansız ötüşməsi üçün hesablamalara görə 80 min tamaşaçı bilet almalıdır, amma keçən il hələ böhranın kəskinləşmədiyi bir vaxtda bu yarışa cəmi 63 min tamaşaçı toplaşmışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*