B.Ekklstoun Moslinin istefasına əmindir

Londonda dərc olunan Times qəzetinə müsahibəsində Berni Ekklstoun Maks Moslinin FİA prezidenti vəzifəsində istefaya getməsinə əmin olduğunu bildirib… Berni Ekklstoun: […]

Londonda dərc olunan Times qəzetinə müsahibəsində Berni Ekklstoun Maks Moslinin FİA prezidenti vəzifəsində istefaya getməsinə əmin olduğunu bildirib…

Berni Ekklstoun: “Mən Maksı uzun illərdir ki tanıyıram, o həmişə sözünün üstündə durub. Maks yaxşı insandır, mən həmişə demişəm ki, mən onun üçün istənilən sənədə imza atmağa hazıram, məbləğə və ünvana baxmadan. Mosli etibarlı adamdır, mən şübhə etmirəm ki, o boynuna götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Mosli deyib ki, heç bir variantı istisna etmir, amma o deməyib ki, bu variantlardan istifadə edəcək, elə deyil?

Alternativ çempionat? Mən inanmıram ki, bu mümkündür, hərçənd hər bir komandada belə bir çempionatda maraqlı olan adamlar var. Amma bu çətin işdir. Hamı başa düşür ki, Formula1-in dünya çempionatının 60 illik tarixi var, o daha məşhurdur, həm də dünyanın ən yaxşı trasları bizim çempionatdadır. Mən inanmıram ki, onlar həqiqətən getməyi ciddi düşünürdülər. Gəlin ümid edək ki, parçalanma olmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*