Barselona, 9 mart

Bu gün Barselonada mövsümöncəsi qış testlərinin vacib seriyası start götürüb, faktiki olaraq çempionatdan əvvəl qüvvələr nisbətini qiymətləndirmək üçün bu son […]

Bu gün Barselonada mövsümöncəsi qış testlərinin vacib seriyası start götürüb, faktiki olaraq çempionatdan əvvəl qüvvələr nisbətini qiymətləndirmək üçün bu son imkandır – gələn həftə Xeres testlərinə heç də bütün komandalar qatılmayacaqlar, onların bir çoxu icazə verilən test limitini bu həftə dolduracaqlar. Bu gün Barselonada jurnalistlər iki debütün şahidi olublar – Toro Rosso və Brawn GP komandaalrının yeni maşınları. Səhər Barselonaya yağış yağıb və komandalar testlərə nəm asfaltda başlayıblar, amma sonra hava soyuq olsa da tras quruyub.

Protokollara Nik Haydfeld başçılıq edib, alman sürücü bu gün sazlanmaların müxtəlif variantlarını müqayisə etməklə, yeni aerodinamik elementləri yoxlamaqla və standart prosedurlarla (pit-stop, start) işləməklə məşğul olub. Sabah Nik testləri davam etdirəcək.

İkinci nəticəni Kimi Rəykkönen göstərib, finlandiyalı sürücü gügün liderinə yarım saniyə uduzub. Kimi F60-ın bir neçə aerodinamik konfiqurasiyasını müqayisə edib, sazlanmalarla işləyib və bəzi detalların etibarlılığını yoxlayıb. Sabah Kimi də testləri davam etdirəcək.

Yarno Trulli günü üçüncü yerdə başa vurub. Toyota bu gün aerodinamik elementləri yoxlayıb, əyləc sistemini və maşınıns azlanmalarını sınayıb. İtaliyalı sürücü 121 dövrə vurub və sabah sükan arxasına qayıdacaq.

Censon Batton yeni Brawn GP BGP01-in sükanı arxasında dördüncü olmaqla bir çoxlarını təəccübləndirib. Keçən il komanda maşını təkmilləşdirmək əvəzinə bütün resursları gələcək maşının hazırlanmasına yönəltmişdi və deyəsən bu iş öz bəhrəsini verir. Baxaq görək sonrakı günlərdə komanda necə nəticələr göstərəcək, qeyd edək ki, ilk üçlükdən fərqli olaraq komanda gələn həftə Xeres testlərinə də qatılacaq.

Nelsinyo Pike beşinci, Sebastyen Burde altıncı, Mark Uebber yeddinci, Adrian Sutil isə səkkizinci olublar. Protokollarda son sətirləri Kazuki Nakacima və Heykki Kovalaynen tutublar, McLaren hamını təəccübləndirsə də, komanda hesab edir ki, hər şey qaydasındadır…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. N.Haydfeld BMW Sauber BMW 1:20.339 92
2. K.Rəykkönen Ferrari Ferrari + 0:00.569 80
3. Y.Trulli Toyota Toyota + 0:00.598 118
4. C.Batton Brawn GP Mercedes + 0:00.801 82
5. N.Pike Renault Renault + 0:01.323 124
6. S.Burde Toro Rosso Ferrari + 0:01.819 96
7. M.Uebber Red Bull Renault + 0:01.907 115
8. A.Sutil Force İndia Mercedes + 0:02.113 127
9. K.Nakacima Williams Toyota + 0:02.474 111
10. H.Kovalaynen McLaren Mercedes + 0:02.609 87

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*