20 Sentyabr 2019, Cümə - 01:16

Bakı trasının layihəsi tam hazırdır

Bakı trasının layihəsi tam hazırdır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:28 - 01 İyul, 2015

Gələn il ölkəmizin paytaxtında Formula1 yarışları üzrə debüt yarış keçiriləcək, yarışın keçiriləcəyi trasın layihəsi ilə məşhur arxitektor Hermann Tilkenin konstruktor […]

Gələn il ölkəmizin paytaxtında Formula1 yarışları üzrə debüt yarış keçiriləcək, yarışın keçiriləcəyi trasın layihəsi ilə məşhur arxitektor Hermann Tilkenin konstruktor bürosu məşğul idi. Keçən bazar günü Bakıda 1-ci Avropa Oyunları başa çatıb və indi arxitektorun sözlərinə görə, trasın qurulmasına başlamaq olar. Almaniyalı mütəxəssis məşhur GpUpdate.Net resursuna bu barədə müsahibə verib. “Formula1 Azərbaycanda” (www.F-1.az) saytı həmin müsahibəni nəzərinizə çatdırır…

Hermann Tilke: “Biz bütün layihəni başa çatdırmışıq, amma Avropa Oyunları üzündən layihənin reallaşdırılmasına başlaya bilmirdik. Aydındır ki, Bakıda belə genişmiqyaslı idman tədbiri zamanı əlavə tikinti işlərinin başlanması düzgün deyildi.

Bakıda biz bir neçə qeyri-adi qərarlar qəbul etmişik. Tras köhnə şəhəri əhatə edəcək, ona görə də yekun nəticə fantastik olacaq!”

Bir daha xatırladırıq ki, çempionatın gələn mövsüm üçün təqviminin ilkin versiyasında Bakıda keçiriləcək Avropa Qran Prisi iyulun 17-nə planlaşdırılıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 542
Teqlər , ,
Paylaş

logo