12 Dekabr 2019, Cümə axşamı - 20:03

Avropa Qran Prisi 19 iyuna təyin olundu!

Avropa Qran Prisi 19 iyuna təyin olundu!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:46 - 30 Sentyabr, 2015

Bu gün Parisdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının iclası keçirilib – iclasda gələn ilin mövsümü üçün çempionatın təqvimi təsdiq olunub. Təqvimin ilkin versiyası ilə müqayisədə 8 yarışın yeri dəyişdirilib. İki gün əvvəl də qeyd etdyimiz kimi, mövsüm apreldə deyil, martın 20-də Melburnda start alacaq.

F-1.az bildirir ki, debüt Bakı Qran Prisi iyul ayından iyun ayına keçirilib – Bakı yarışı iyunun 19-da qəbul edəcək. Ən maraqlısı isə odur ki, həmin gün Avropada daha bir nəhəng avtomobil yarışının finişi gözlənilir – 24 saatlıq Le Man yarışının finişi ilə Avropa Qran Prisinin finişi üst-üstə düşməsin deyə, Bakıda yarışın startı xeyli irəli çəkiləcək.

Yay fasiləsinin də tarixi dəyişdirilib: Hokkenhaymda Almaniya Qran Prisi iyulun 31-nə, növbəti Belçika Qran Prisi isə avqustun 28-nə təyin olunub. Malayziya Qran Prisi oktyabrın 2-də baş tutacaq. Mövsüm Abu Dabidə noyabrın 27-də başa çatacaq…

2016-cı il mövsümünün təqvimi:
20 mart – Avstraliya Qran Prisi (Albert Park)
03 aprel – Bəhreyn Qran Prisi (Saxir)
17 aprel – Çin Qran Prisi (Şanxay)
01 may – Rusiya Qran Prisi (Soçi)
15 may – İspaniya Qran Prisi (Barselona)
29 may – Monako Qran Prisi (Monte Karlo)
12 iyun – Kanada Qran Prisi (Monreal)
19 iyun – Avropa Qran Prisi (Bakı)
03 iyul – Avstriya (Şpilberq)
10 iyul – Böyük Britaniya (Silverstoun)
24 iyul – Macarıstan Qran Prisi (Hunqarorinq)
31 iyul – Almaniya Qran Prisi ( (Hokkenhaym)
28 avqust – Belçika Qran Prisi (Spa)
04 sentyabr – İtaliya Qran Prisi (Montsa)
18 sentyabr – Sinqapur Qran Prisi (Marina Bey)
02 oktyabr – Malayziya Qran Prisi (Sepanq)
09 oktyabr – Yaponiya Qran Prisi (Suzuka)
23 oktyabr – ABŞ Qran Prisi (Ostin)
06 noyabr – Meksika Qran Prisi (Mexiko)
13 noyabr – Braziliya Qran Prisi (San Paulu)
27 noyabr – Abu Dabi Qran Prisi (Yas Marina)


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 092
Teqlər , , ,
Paylaş

logo