B.Ekklstoun: Liberty Media-nın cəsarəti yoxdur

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Liberty Media-nın V10 mühərrikləri qaytarmağa cürəti yoxdur.

F-1.az xatırladır ki, Formula1-də 2014-cü ildən etibarən V6 turbo hibrid mühərriklərdən istifadə edilir. Gələcəkdə də bu motorlardan istifadə planlaşdırılır.

Hazırkı motorlar çox qarışıqdır və istehsalı baha başa gəlir. Dörd istehsalçıdan biri olan Honda da gələn il idmandan ayrılacaq və idmanda 3 istehsalçı qalacaq.

Berni Ekklstoun: “Ümid edirəm ki, büdcə limitinin hesabına komandaların güc nisbəti yaxınlaşar. Ancaq daha çox əyləncəyə ehtiyac var.

Məndən həmişə soruşurlar ki, Formula1 gələcəkdə tamamilə elektrik olacaq? Məncə, Libety-də cəsarət olsaydı, V10 mühərriklərini yenidən qaytarardılar. Bu motorlar əla səs çıxarır və əyləncəni artırır, çünki hazırda şou dövrüdür. Bəlkə də, bəzi istehsalçılar gedəcək, ancaq Ferrari heç vaxt getməz. Ancaq işin əyləncəli tərəfi artsa, təşkilatçılar daha çox biıet satarlar. Komandalar da çox qazanarlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*