B.Ekklstoun: Həmiltona verilən cəza doğru deyil

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Lyuis Həmiltona verilən cəza doğru deyil.

F-1.az xatırladır ki, britaniyalı sürücü doğma publikası önündəki yarışın startında Ferstappenlə mübarizə apararkən rəqibinə arxadan təmas edib. Nəticədə hollandiyalı sürücü mübarizəni dayandırıb.

Berni Ekklstoun: “Kimdir günahkar? Məncə, Lyuis. Düzünü desəm, əvvəlki illərdə bu yarış insidenti sayılırdı, çünki hamı çempionluğu əldə etmək üçün var qüvvəsi ilə yarışırdı. Lakin stüardlar qərar verirsə, daha ağır cəza olmalı idi. Məsələn, 30 saniyə cəza…

Qəza zamanı Lyuis arxada idi. Yəni ki, döngə onun deyildi. Qəza vaxtı Maksdan bir maşın boyu qədər geridə idi. Buna görə də Maksı arxadan vurdu. Cəza insidentə uyğun deyil. Cəza verilirsə, daha ağır olmalı idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*