L.Norris: Mercedes çox sürətlidir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Mercedes-in tempinə cavab vermək mümkünsüz olub.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 7-ci yerdən başlasa da, yaxşı performans göstərib. Restartdan sonra ikinci yerə yüksələn 22 yaşlı pilot Həmiltonun hücumlarına tab gətirə bilməyib və üçüncülüklə barışıb.

Lando Norris: “Xoşbəxtəm. Sıralanma turundakı səhvi kompensə etdik. Uzun və çətin yarış idi və yaxşı start almadım. Lakin sonra yerlərimi qaytardım və tempim yaxşı idi. İkinci yeri qorumağa çalışsam da, Həmilton sürətli idi. Belə sürücülərlə mübarizə aparmaq gözəldir. Ümid edirəm ki, onlarla daha çox mübarizə apararıq.

Çətin və riskli yarış idi. Startda az qala Danielə çırpılırdım. Bir neçə dəfə qəza etməyə yaxın oldum, amma trasda qala bildim. Doğru qərarlar verdik və üçüncü yeri tutduq. Uzun yarış idi. Qırmızı bayraqlar lap uzun hiss etdirdi. Qırmızı bayraqlara görə lap uzun göründü. Ancaq yaxşı yarış idi.

Restartda Soft təkər götürməyi seçdik. Lakin son dövrələrdə təkərlərim çox yeyilmişdi. Soft təkərlərlə 33 dövrə getmək çox çətin idi. İlk dövrələrdən təkərləri qorumağa çalışırdım.

Şarlı keçdikdın sonra Maksla mübarizə aparmaq istədim, amma sonda əsl mübarizəmin kimlə olduğuna qərar verdim. Maksa çatmağa çalışsaydım, təkərlərim tez yeyilərdi. Məncə, düzgün seçim etdim. Son dövrələrdə arxa təkərlərim təmiz yeyilmişdi. Son döngənin çıxışında asfaltla ilişmə itmişdi. Lyuis də məni düzlükdə keçdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*