B.Ekklstoun: Həmilton idmandan gedəcək

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Lyuis Həmilton idmanda qalmayacaq.

F-1.az xatırladır ki, bəzi şayiələrə görə Həmilton çempionluğu Ferstappenə uduzduqdan sonra karyerasını bitirmək barədə düşünür. Hətta, yeddiqat Dünyü Çempionu Əbu Dabi yarışından sonra heç yerdə görünməyib. O, FİA-nın mükafat gecəsinə belə qatılmayıb.

Berni Ekklstoun: “Onunla danışmadım, amma bir neçə gün əvvəl atası ilə bir yerdə idim. Onunla danışanda anladım ki, oğlunun gələcəyi ilə bağlı heç nə deməyəcək. Sadəcə iş barədə danışdıq. Sözün düzü, nə baş verdiyini bilmirəm, amma inanmıram ki, Lyuis qayıda…

Çox pis məyus olub və bunu anlamaq olar. Eynilə Mixael Şumaxer kimi yeddiqat Dünya Çempionu kimi idmandan gedəcək. Daha sonra isə modelyer kimi fəaliyyət göstərəcək.

Lyuis 2022-ci ildə uduza bilər. Yeni maşınların necə olacağını heç kim bilmir. Onun Corc Rassell kimi gənc və hirsli komanda yoldaşı olacaq. Ferstappeni də unutmaq olmaz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*