Azərbaycan Qran Prisinə könüllülərin qeydiyyatı başlayıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yeni Formula1 mövsümü üçün könüllülərin qeydiyyatına start verib.

F-1.az xəbər verir ki, 2022-ci il 10-12 iyun tarixlərində Bakıda baş tutacaq altıncı Formula1 yarışı üçün könüllülərin qeydiyyatına rəsmi olaraq start verilib. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.

Bir qayda olaraq, əməliyyat şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Belə ki, bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Burada əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir.

Proqram haqqında daha ətraflı məlumatı 012 404 13 83 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*