22 Sentyabr 2019, Bazar - 14:13

Avstraliya-2017: Günün sürücüsü – Sebastyan Fettel

Avstraliya-2017: Günün sürücüsü – Sebastyan Fettel

Müəllif: Elçin Zodorov, redaktor

16:18 - 26 Mart, 2017

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər. Mükafatın sahibi 2016-cı il Sinqapur Qran Prisinə qədər yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilirdisə, həmin Qran Pridən etibarən sorğu yarış ərzində keçirilir.

F-1.az xəbər verir ki, yarışa ikinci yerdən başlayan və həm özünün, həm də Ferrari-nin 2015-ci ildə keçirilən Sinqapur Qran Prisindən bəri ilk qələbəsini qazanan Sebastyan Fettel  “Günün Sürücüsü” seçilib.

Sebastyan Fettel keçən mövsüm bu ada üç dəfə – SinqapurdaMeksikada və Əbu Dabidə layiq görülmüşdü. Bu sahədə lider isə Maks Ferstappendir – gənc hollandiyalı keçən il yeddi dəfə “Günün Sürücüsü” seçilmişdi.

Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 592
Teqlər , , ,
Paylaş

logo