ALternativ çempionata kim başçılıq edə bilər?

İspaniyanın Diario As qəzeti məlumatlı mənbəyə istinadən maraqlı material dərc edib, məqalədə Moto GP seriyasının kommersiya hüququnun sahibi olan Dorna […]

İspaniyanın Diario As qəzeti məlumatlı mənbəyə istinadən maraqlı material dərc edib, məqalədə Moto GP seriyasının kommersiya hüququnun sahibi olan Dorna şirkətinin başçısı Karmelo Ezpeletanın FOTA üzvü olan komandalar üçün yeni çempionat təşkil edə bilməsi barədə yazılıb. Məqalədə deyilənə görə, FOTA Karmelodan kömək istəyib və o razılığını bildirib, amma Britaniya mətbuatı bu məlumatı təkzib edib.

Crash.Net saytına müsahibəsində Ezpeleta ilə əvvəllər bir yerdə çalışmış mənbə bildirib ki, onun müdiri həmişə Berni Ekklstouna qarşı hörmətlə yanaşıb və alternativ çempionatın təşkil olunmasında iştirak edə bilməz. Səksəninci illrdə o Xaram avtodormunun başçısı kimi FOCA/FİSA qarşıdurmasında Berninin dəstəkləmişdi, doxsanıncı illərin ortalarında isə Ekklstoun Ezpeletaya Moto GP-yə nəzarəti əldə saxlamağa kömək etmişdi – o zaman komandaların assosiasiyası ilə (İRTA) oxşar böhran vəziyyət yaranmışdı.

Deyilənlərə görə, alternativ çempionatın təşkili ilə ispanlar – Ceymi Alqersuari və Xuan Parexa məşğul olmağa hazırdırlar, onların dünya seriyalarının müxtəlif mərhələlərinin keçirilməsində təcrübələri var, amma bu məlumat təsdiq olunmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*