AlphaTauri inkişafı saxlayacaq

AlphaTauri komandasının texniki direktoru Codi Eqqinton bildirib ki, tezliklə 2022-ci il bolidi üzərində işləyəcəklər.

F-1.az xatırladır ki, gələn ildən idmana yeni reqlament gələcək. Buna görə də əksər komandalar artıq yeni reqlamentə hazır olmaq üçün inkişafı saxlayıblar.

Codi Eqqinton: “Mövsümə yaxşı başlamışıq, amma razı deyiik. Qəzalara və səhvlərə görə çox xallar itirdik. AT02 keçənilki bolidin təkmilləşmiş versiyasıdır. Kənardan fərqli görünsələr də, elə deyil. Aerodinamikamıza görə digər komandalardan geridə qalmırıq. Fərqli quruluşlu traslarda yaxşı performans göstərdik. Güc qurğusu da yaxşı vəziyyətdədir.

Bu mövsümə hazırlaşanda bolidi təkmilləşdirəcək yeniliklər tapdıq. Yeni texniki reqlamentdən sonra aerodinamika cəhətdən yaxşı iş gördük. Hələ də yeniliklər gətiririk və inkişaf etdirəcəyimiz sahələr var.

Gələn il texniki reqlament təmiz dəyişir. Mühəndis kimi yeni layihələr üzərində işləmək mənə maraqlı olub. Belə olan halda çox yaxşı işləsək də, bəzi yeniliklərdən imtina etməliyik. Əsas resurslar yeni layihəyə yönləndirilib və qısa müddət ərzində çox iş görməliyik. Növbəti həftələrdə digər komandalar kimi inkişafı dayandıracağıq və növbəti mövsümə hazırlaşacağıq. Lakin hər şey dəqiqləşməlidir. Növbəti mövsümə tez başlasaydıq,bəzi işlərimiz boşa gedə bilərdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*