Alonso və Bottasın maşınına yeni elementlər quraşdırılıb

Bugünkü yarışda sonuncu iki yerdən start almalı olan Fernando Alonso və Valtteri Bottasın maşınında yeni elementlər quraşdırılıb.

Alonso artıq 5-ci güc qurğusuna keçib: onun maşınında 5-ci daxiliyanma mühərriki, 5-ci turbin, 5-ci MGU-H generatoru, 4-cü akkumulyator və 4-cü vahid elektron idarəetmə bloku quraşdırılıb.

Bottasın maşınında isə 5-ci turbin və 5-ci MGU-H generatoru quraşdırılıb. Bundan əlavə finlandiyalı sürücünün maşınına arxa qanadın əvvəlki iki gündən fərqli versiyası taxılıb və arxa asılqanların sazlanması bağlı park rejimində dəyişdirilib, ona görə də Bottas pit yolundan start alacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*