Keçən il olduğu kimi, FİA Qran Prinin stüardları cərgəsinə keçmiş təcrübəli sürücüləri cəlb edir. “Lə Manın 24 saatı” yarışının səkkizqat qalibi daniyalı sürücü Tom Kristensen FİA tərəfindən Almaniya Qran Prisinə dəvət olunub.
Onunla birlikdə yarışın mübahisəli anlarını Ümumdünya Şurasının üzvü Qarri Konelli və Hindistan Federasiyasının nümayəndəsi Forhan Vora nəzərdən keçirəcək. Keçən il Kristensen Avstraliya Qran Prisində stüardlıq etmişdi…