15 Sentyabr 2019, Bazar - 17:53

Y.Haseqava: “Vəziyyət pisdir”

Y.Haseqava: “Vəziyyət pisdir”

Müəllif: Rauf Hacıyev, redaktor

16:26 - 13 Mart, 2017

Honda Motorsport-un rəhbəri testlərdəki problemlərdən sonra bildirib ki, vəziyyət onlar üçün qorxuludur.

F-1.az xatırladır ki, McLaren Honda komandası testlərin demək olar ki, hər günündə mühərriklə bağlı problemlər yaşamış və bir neçə dəfə mühərrik dəyişdirməli olmuşdu. Britaniya təmsilçisi testlərdə hamıdan az dövrə vurmuşdu.

Honda mühərriyinin tək problemi etibarsızlıqla bağlı deyil. Yaponların istehsal etdiyi mühərrik düzlüklərdə rəqiblərinə 30 km/saat uduzur.

Yasuke Haseqava: “Testlərdə bu problemi gözləmirdik. Güc qurğusunun tutumunu bilirdik, amma rəqiblərimizin nə etdiyini bilmirdik. İndi müqayisə etmək üçün fürsətimiz var və vəziyyət bizim üçün qorxuncdur. Melburnda yaxşı nəticələr almaq istəyirik, amma müsbətyönlü danışmaq düzgün olmaz.

Problem çoxdur. Bunlarla qarşılaşmağı gözləmirdik. Hamısı gözlənilməz idi, amma ilk yarışa qədər həll edəcəyik. Stenddə nə qədər test etsəniz də, bu əsl testin yerini vermir. Problemləri heç gözləmirdik.

Bunları görmək əsəblərimizi pozur, amma problemlərlə Melburndan əvvəl qarşılaşdığımız yaxşı oldu. Lakin bu hal testlərdə itirdiyimiz vaxtı kompensə etmir. Bu problemlər testlərə pis təsir etdi və trasda işləyə bilmədik.

Bu il mühərrik gücündə inkişaf etmişik, amma digər komandalar daha yaxşı inkişaf ediblər. Hazırda elə görünür ki, geriyə düşmüşük və buna görə məyusuq. Hələ iki həftə var və sazlanmalarda inkişaf edə bilərik. Mühərrik üçün yaxşı sazlanmalar tapıb, yaxşı performans göstərməyə çalışacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 347
Teqlər ,
Paylaş

logo