X.Villadelpart: “Brawn GP-nin pulu yoxdur”

İspaniyanın Epsilon Euskadi yarış komandasının başçısı Xoan Villadelpart El Pais qəzetinin səhifələrində Ross Braunun komandasında çətin maliyyə vəziyyətindən xəbər verib… […]

İspaniyanın Epsilon Euskadi yarış komandasının başçısı Xoan Villadelpart El Pais qəzetinin səhifələrində Ross Braunun komandasında çətin maliyyə vəziyyətindən xəbər verib…

Xoan Villadelpart: “Tək qalmaq və Honda-nın çempionatdan getməsi özünü komandada indi göstərməyə başlayıb. Onlar bir neçə sponsor tapasalar da, onlardan heç biri komandaya ciddi maliyyə yatırmadılar, Virgin şirkəti isə çox az təhvə verdi və artıq gələn ildən əməkdaşlaığın davam etməyəcəyini söyləyib.

Brawn GP-nin pulu yoxdur, indiki maşının təkmilləşdirilməsinə pul lazımdır, bu günə qədər onlar Honda-nın pullarını xərcləyirdilər – hətta İspaniyada komandanın aldığı yeniliklər yaponların pulları hesabına hazırlanmışdı. Maşının inkişafı tempində geriqalma aşkar görünür, xüsusən də Red Bull-la müqayisədə. Komandada vəziyyət də yaxşı deyil və Almaniya Qran Prisinin finişindən sonra Rubens Barrikellonun emosional partlayışı buna bariz sübutdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*