Xeres, 17 mart

Censon Batton Xeres testlərinin üçüncü günü protokollara başçılıq edib. Beləliklə, birgünlük fasilədən sonra testlərin ilk sətri yenidən Ross Braunun komandasına […]

Censon Batton Xeres testlərinin üçüncü günü protokollara başçılıq edib. Beləliklə, birgünlük fasilədən sonra testlərin ilk sətri yenidən Ross Braunun komandasına qayıdıb, həm də britaniyalı sürücü tras üçün yeni rekorda imza atıb. Niko Rosberq Censondan cəmi 0.2 saniyə yavaş olub.

Nelsinyo Pike isə Renault-nun sükanı arxasında Fernando Alonsonu əvəz edib və günü üçüncü yerdə başa vurub. Səhər komanda aerodinamika ilə işləyib, nahardan sonra isə sürücü standart prosedurlar üzərində işləyib. Renault və Brawn GP komandaları qış testlərinə son qoyublar.

Lyuis Həmilton isə növbəti dəfə protokolun son sətrini tutub, britaniyalı sürücü 500 km-dən çox məsafə qət edib və yeni aerodinamik elementlərin effektliyinin qiymətləndirilməsi ilə məşğul olub. Sabah Lyuisi sükan arxasında Heykki Kovalaynen əvəz edəcək.

Sabah McLaren və Williams testləri davam etdirəcəklər, cümə axşamı isə McLaren trasda avtodromun bağlı qapıları arxasında işləyəcək…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. C.Batton Brawn GP Mercedes 1:17.844 114
2. N.Rosberq Williams Toyota + 0:00.227 66
3. N.Pike Renault Renault + 0:00.538 133
4. L.Həmilton McLaren Mercedes + 0:01.277 121

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*