Williams son çempionu Vilnövü niyə qonaq otağından qovub?

Williams komandası sabiq sürücüsü Jak Vilnövün qonaq zonasına girişini yasaqlayıb.

F-1.az xatırladır ki, kanadalı sürücü 1997-ci ildə britaniyalıların tərkibində Dünya Çempionu olub və Williams-ın heyətində çempionluq yaşamış son sürücüdür. Amma sabiq Dünya Çempionu Azərbaycan yarışında podiuma yüksəlmiş Ləns Strollu tənqid etmiş və 18 yaşlı sürücünün Formula1-ə zəif başlanğıcının heç vaxt unudulmayacağını bildirmişdi.

Williams komandası da bu sözlərdən sonra Sky İtaliyada şərhçilik edən Vilnövün qonaq otağına girişini yasaqlayıb.

Kler Uilyams: “Jak çox danışır. Bu barədə xırdalıqlara girmək istəmirəm. Amma biz öz gücümüzü trasda göstərmək istəyirik. Ləns özünü isbat edirsə, tənqidçilər susmalıdır. Williams olaraq onun istedadına güvənirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*