A.Vürs: “Biz son qərarı gözləyirik”

Brawn GP komandasının test sürücüsü, Lə Manın son qalibi Aleks Vürs gələn mövsüsmü komanda pultundan izləyə bilər. Vürs gələn mövsüm […]

Brawn GP komandasının test sürücüsü, Lə Manın son qalibi Aleks Vürs gələn mövsüsmü komanda pultundan izləyə bilər. Vürs gələn mövsüm çempionatda iştirak etmək üçün ərizə vermiş, lakin ilkin siyahıya düşməmiş Superfund komandasının rəhbərlərindən biridir. Qeyri-rəsmi məlumatlara görə, komandanın adı ehtiyat siyahıdadır və əgər hazırkı komandalardan biri iştirakdan imtina edərsə, komanda siyahıya daxil edilə bilər. Böyük Britaniya Qran Prisi ərəfəsində Vürs Lə Mandan və Superfund-un ərizəsindən danışıb…

Aleks Vürs: “Bir neçə gün əvvəl yaşadığım hissləri tərənnüm etmək olduqca çətindir, finişdən sonra adi həyata qayıtmaq çətin idi. Mən bu qələbəyə çox şadam, podiumda mən sakit görünsəm də çox xoşbəxt idim – biz bacardığımızı etdik.

Superfund? Biz son qərarı gözləyirik və başqa heç nə deyə bilmərəm, baxaq görək necə olacaq. Məsələyə siyasət də qarışıbhakimiyyət uğrunda mübarizə gedir, mən ümid edirəm ki, məsələ tezliklə həll olunacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*