Formula1-in səhmdarlarının sayı artıb: dünyanın ən böyük WPP reklam firmasının icraçı direktoru Martin Sorell və Nestle konserninin direktorlar şurasının sədri Piter Brabek Formula1-in qiymətli kağızlarına nəzarət edən Delta Topco holdinq şirkətinin səhmlərini əldə ediblər. Offşor zonada Cersi adalarında qeydiyyatdan keçmiş Delta Topco öz növbəsində Formula1-in faktiki sahibi olan CVC Capital Partners şirkətinin tərkib hissəsidir.
Mötəbər The Financial Times qəzetinin ekspertlərinin rəyinə görə, belə böyük şirkətlərin top-menecerlərinin cəlb olunması CVC-nin taktikasıdır, bununla şirkət öz layihəsinə maksimum dərəcədə parlaq gələcək təmin etməyə çalışır.
Adları yuxarıda qeyd olunmuş Sorell və Brabekdən başqa Delta Topco-nun səhmdarları siyahısına Formula1-in “saray vəkili”, Berni Ekllstounla birlikdə çalışan Saşa Vudvord-Hill və çempionatın traslarında reklamın yerləşdirilməsi ilə məşğul olan Allsport şirkətinin qurucusu, biznesmen Patrik MakNalli də daxil olublar. Həm də xəbər verilib ki, Formula1-in kommersiya başçısı Berni Ekklstoun Delta Topco-da öz payını 5.3%-ə kimi artırıb.