N.Hülkenberq: “Yarış tempimiz yüksəkdir”

Rusiya Qran Prisinin birinci sərbəst yürüşlərində öz yerini Sirotkinə verən Niko Hülkenberq nahardan sonra sükan arxasına qayıdıb və sürətli olduqlarını deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü sərbəst yürüşlərdə 8-ci yeri tutub.

Niko Hülkenberq: “Birinci sərbəst yürüşlərə çıxmadığım üçün ikinci sərbəst yürüşlərdə çox dövrə vurmalı idim. Mən də bunu etdim və performansımdan razıyam. Sürət olaraq orta qrupda Williams komandasına yaxınıq və yarışda heç nəyə görə narahat olmağa dəyməz. Ümid edirəm ki, bəxtimiz gətirər. Sıralanma turu və yarış üçün rəqabətədavamlı bolidə sahibik, amma burada hər şeyi bir araya gətirməliyik. Problemsiz bir gün keçirtsək, yaxşı nəticə qazana bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*