Valensiya, 22 yanvar

Bu gün Valensiya trasında BMW Sauber yeni F1.09-un testlərini davam etdirib, lakin planlı işə güclü külək mane olub və komanda […]

Bu gün Valensiya trasında BMW Sauber yeni F1.09-un testlərini davam etdirib, lakin planlı işə güclü külək mane olub və komanda sürətli yoxlama proqramlarını dayandırmalı olub. Buna baxmayaraq BMW-nin digər komandalara nisbətən bəxti daha çox gətirib – Portuqaliyanın Portimao şəhərinə toplaşmış beş komanda bu gün leysan üzündən heç trasa çıxa bilməyib.

Səhər Robert Kubitsa şassinin müxtəlif sazlanmalarını yoxlayıb, start proseduru üzərində işləyib, günortadan sonra külək bir qədər güclənib və komanda maşının bütün sistemlərinin etibarlılığını yoxlayıb.

Bu gün ümumilikdə polşalı sürücü 116 dövrə vurub və sabahdan yerini Nik Haydfeldə verəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*