V.Bottas: “Ürəyim ağrıyır”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Bakıdakı yarışdan sonra çox məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü son dövrələrdə yarışa başçılıq etsə də, finişə 3 dövrə qalmış arxa təkəri partlayıb və nəticədə mübariəni vaxtından əvvəl dayandırmalı olub.

Valtteri Bottas: “Bir söz demək çətindir. Hamı nə olduğunu gördü. Hər şey ortadadır. Bəxtim gətimərdi. Lakin bunu yaddan çıxarıb yolumuza davam etməliyik. Bu da yarışın bir hissəsidir, amma ürək ağrısı verir. Trasdakı şərait çətin idi. Şəhər tipli traslarda qəzalar çox olur. Bəxtim gətirmədi və bir qırıntını görmədim. Təkərin necə partladığı barədə heç nə deyə bilmərəm. Heç nə hiss etmədim”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*