V.Bottas: “Monakoda əvvəllər yaxşı yarışlar olurdu”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, keçmişdə Monakodakı yarışlar daha maraqlı olub.

F-1.az xatırladır ki, 2017-ci ildə bolidlərin aerodinamikası dəyişəndən sonra Monakoda sürücülər hücum etməkdə çətinlik çəkirlər.

Valtteri Bottas: “Trasdan tarixin qoxusu gəlir. Bu trasın utancverici olduğunu demək düz deyil. Amma hazırkı bolidlərin quruluşuna görə öndəki rəqibini izləmək və ötmə etmək çətin olur. Sözün açığı, trasın konfiqurasiyasının dəyişdirilməsi barədə düşünə bilmirəm. Tras limitlərdədir və buna görə çox sevirəm. Amma ötmə etmək ən böyük problemdir. Monakoda daha əvvəl gözəl yarışlar olub. Ancaq hazırda elə olmadığı açıq-aydın görünür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*