V.Bottas hər şeyin fərqindədir

Mercedes komandasının sürücüsü Valtteri bottas bildirib ki, ən güclü komandada yarışan sürücü çempion olmağa borcludur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il Mercedes-dəki 5-ci mövsümünü keçirir. 31 yaşlı pilot bu müddətdə Həmiltondan çox geridə qalıb və buna görə tənqid hədəfinə çevrilib.

Valtteri Bottas: “Özümlə bağlı daha çox düşünüb, başqaları barədə düşünməmək mənim üçün çox vacibdir. Əsas məqsədimə, yəni çempionluğa fokuslanmalıyam. Karyeram həmişə belə davam etməyəcək. Beş-altı il ərzində ən yaxşı komandada sürürsünüzsə, ən az bir dəfə çempion olmalısınız. Formula1 belədir və bunu bilirəm. Əlimdən gələni etməliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*