V.Bottas: “Ferrari təəccübləndirdi”

Ferrari-nin Sinqapur Qran Prisinin sıralanma turundakı performansı Valtteri Bottası təəccübləndirib.

F-1.az xatırladır ki, Sebastyan Fettel 1:39.491 zaman nəticəsi ilə poul qazandığı halda, Həmilton ondan təxmin 0.7, Bottas isə 1.3 saniyə geridə qalıblar.

Valtteri Bottas: “Ferrari-dən bu cür fərq heç gözləmirdim. Montsadan sonra Sinqapurdakı üstünlükləri inanılmaz idi. İki həftə əvvəl hər şey qaydasında olsa da, indi problemlərimiz çoxdur. Boliddə asfaltayatma qüvvəsi istənilən səviyyədə deyil. Bunu təkmilləşdirməliyik. Bu həftəsonu fərqli sazlanmalarla yarışırıq. Həmişəkindən çox dəyişiklik etmişik. Sıralanma turunda sürəti artırmaq üçün hər şeyi sınadıq. Amma sessiya bizim üçün yaxşı keçmədi. Yarışda podiuma yüksəlmək üçün tempimizin olmadığını bilirik. Real danışmaq lazımdır. Buna görə də əlimizdən gələni etməliyik. Bəlkə o zaman şansımız olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*