V.Bottas: Bakıda xaotik yarışlar olur

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Bakıda insidentlərdən uzaq yarış keçirmək istəyir.

F-1.az xatırladır ki, finlandiyali sürücü Bakıda 1 poul və biri qələbə olmaqla iki podium qazanıb. Lakin təcrübəli Bottasın bu il işləri qaydasında getmir. O, əksər hallada cümə sərbəst yürüşlərində problem yaşayır.

Valtteri Bottas: “Bakıyla bağlı gözəl və pis xatirələrim var. Ümid edirəm ki, bu dəfə hər şey yaxşı olar. Problemlərdən uzaq həftəsonu keçirmək çox vacibdir. İndiyə kimi cümə günləri problemlər yaşasaq da, yaxşı nəticələr əldə etdik. Bolidimizin bütün potensialını ortaya qoya bilərik. Belə olan halda ön tərəfdəki komandalarla mübarizə apara bilərik.

Bakıda xaotik yarışlar olur. Buna görə də fürsətlərdən istifadə etməyə hazır olmalıyıq. Bazar günü əyləncəli yarış ola bilər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*