Tuukka Taponen mövsümü İtaliyada keçirəcək

Oktyabr ayında Maranelloda müsabiqənin final seçmə mərhələsi keçirilib və qalibi Ferrari Racing Akademiyasında təhsil almaq hüququ qazanıb.

F-1.az xəbər verir ki, 6 gənc sürücünün mübarizə apardığı final mərhələsində 16 yaşlı finlandiyalı Tuukka Taponen rəqiblərini üstələyib.

Bu gün məlum olub ki, 2023-cü ildə Tuukka Formulalarda debüt mövsümünü keçirəcək – fin İtaliyanın Formula4 çempionatında Prema komandasında çıxış edəcək. Bundan başqa, Taponenin daha sonra elan olunacaq digər seriyalarda da iştirakı planlaşdırılır.

Tuukka Taponen: “Premaya qoşulduğum və komanda ilə birlikdə Formulalarda debüt mövsümümü keçirəcəyim üçün çox xoşbəxtəm. Keçmişdə yaxşı çıxış edən komanda haqqında yalnız yaxşı şeylər eşitmişəm.

Elə ilk testlərdə özümü rahat hiss etdim, baxmayaraq ki, kartinqdən sonra belə texnikaya keçmək o qədər də asandeyildi, amma komanda da peşəkarlıq nümayiş etdirdi və Formula4 maşınının sükanı arxasında rahat olmağıma kömək etdi. Mən 2023-cü ilə hazıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*